Энциклопедия / Наука
Изменить категорию | Все статьи категории
İsayev Yəhya Mirəli oğlu 1904-cü il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur. Kənddəki məktəbi bitirdikdən sonra Bakı şəhəri dəmiryol deposunda çilingər şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 1922 – 1925-ci illərdə Suraxanı rayonunda mexaniki şöbədə fəhlə işləmiş və fəhlə fakultəsində təhsil almışdır. Yəhya İsayev 1925-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) pedaqoji fakültəsinin təbiət-riyaziyyat şöbəsinə daxil olmuşdur. 1931-ci ildə institutu bitirmiş və “Botanika” kafedrasında assisent kimi pedaqoji fəaliyyətə başlamışdır. O, həmçinin 1932-ci ildən yeni yaradılmış SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin (EAZFAzŞ, indiki AMEA) botanika bölməsində (1936-cı ildən Botanika institutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1939-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almış və həmin il də “geobotanika” ixtisası üzrə böyük elmi işçi təsdiq edilmişdir. 1941 – 1945-ci illərdə Botanika institutunun elmi işlər üzrə direktor müavini, 1945-ci ildən ömrünün sonuna qədər həmin institutun “Ali bitkilərin sistematikası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. Şöbə Azərbaycanın ali bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi, bitkiliyin bioekoloji xüsusiyyətlərinin və coğrafi yayılmasının tədqiqi istiqamətində elmi işlər aparmışdır. Respublikanın bitki sərvətlərinin öyrənilməsi məqsədi ilə Azərbaycanın müxtəlif regionlarına təşkil olunmuş çoxsaylı botaniki ekspedisiyalarda iştirak etmiş, ezamiyyətlərdə olmuşdur. 1943-cü ildə Qobustanın qış otlaqlarında tədqiqatlar aparmışdır. Yəhya İsayev 1945 – 1951-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirliyinin respublikanın təbii yem sahələrinin pasportlaşdırılmasının keçirilməsi üzrə məsləhətçisi olmuşdur.
Yəhya İsayev 1960-cı ildə Tbilisi Dövlət Universitetində “Azərbaycanın qış otlaqlarının bitki örtüyü və onun yem əhəmiyyəti” (“Растительность зимних пастбищ Азербайджана и ее кормовое значение”) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildə “Botanika” ixtisası üzrə professor elmi adı almışdır. Çoxillik tədqiqatlar nəticəsində 100-ə yaxın elmi işin, o cümlədən 8-cildlik “Azərbaycanın florası” (1949 – 1952), “Azərbaycanın yabanı bitən faydalı bitkiləri” (1936), “Azərbaycanın dərman bitkiləri” (1942), “Azərbaycanın yovşanlı yarımsəhra qış otlaqları” (1957), “Azərbaycanın qış və yay otlaqlarının yaxşılaşdırılması və onlardan səmərəli istifadə edilməsi” (1965), “Azərbaycanın biçənək və otlaqlarının yem bitkiləri” (1969), “Naxçıvan MSSR-də bitki örtüyü və onun xalq təsərrüfat əhəmiyyəti” (1975) kimi fundamental əsərlərin müəllifi və həmmüəllifidir. Yəhya İsayev azərbaycan dilində botanika terminologiyasının yaradılmasında da böyük işlər görmüşdür. 1963-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasında nəşr edilən 220 səhifəlik “Botanika terminləri lüğəti” kitabının həmmüəlliflərindən biri olmuşdur. Onun rəhbərliyi ilə 9 elmlər namizədi hazırlanmışdır.
Yəhya İsayev elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ictimai işlərə də geniş yer ayırırdı. O, 1948-ci ildə II çağırış Bakı şəhəri Voroşilov (indiki Səbail) rayon sovetinin deputatı, 1957-ci ildə həmin rayonun Xalq Məhkəməsinin xalq iclasçısı seçilmişdir.
Yəhya İsayev Zəhra xanımla ailə qurmuş, 2 oğlu (Əli, Namiq) və 2 qızı (Afaq, Fatma) olmuşdur.
Yəhya İsayev Azərbaycan botanika elminin inkişafında və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində xidmətlərə görə “Şərəf nişanı” ordeni və 5 medalla təltif edilmişdir.
Yəhya Mirəli oğlu İsayev 1982-ci ildə dünyasını dəyişmişdir.
Yəhya İsayev
1.5.1904 - 1982İsayev Yəhya Mirəli oğlu 1904-cü il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur. Kənddəki məktəbi bitirdikdən sonra Bakı şəhəri dəmiryol deposunda çilingər şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 1922 – 1925-ci illərdə Suraxanı rayonunda mexaniki şöbədə fəhlə işləmiş və fəhlə fakultəsində təhsil almışdır. Yəhya İsayev 1925-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) pedaqoji fakültəsinin təbiət-riyaziyyat şöbəsinə daxil olmuşdur. 1931-ci ildə institutu bitirmiş və “Botanika” kafedrasında assisent kimi pedaqoji fəaliyyətə başlamışdır. O, həmçinin 1932-ci ildən yeni yaradılmış SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin (EAZFAzŞ, indiki AMEA) botanika bölməsində (1936-cı ildən Botanika institutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1939-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almış və həmin il də “geobotanika” ixtisası üzrə böyük elmi işçi təsdiq edilmişdir. 1941 – 1945-ci illərdə Botanika institutunun elmi işlər üzrə direktor müavini, 1945-ci ildən ömrünün sonuna qədər həmin institutun “Ali bitkilərin sistematikası” şöbəsinin müdiri vəzifələrində işləmişdir. Şöbə Azərbaycanın ali bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi, bitkiliyin bioekoloji xüsusiyyətlərinin və coğrafi yayılmasının tədqiqi istiqamətində elmi işlər aparmışdır. Respublikanın bitki sərvətlərinin öyrənilməsi məqsədi ilə Azərbaycanın müxtəlif regionlarına təşkil olunmuş çoxsaylı botaniki ekspedisiyalarda iştirak etmiş, ezamiyyətlərdə olmuşdur. 1943-cü ildə Qobustanın qış otlaqlarında tədqiqatlar aparmışdır. Yəhya İsayev 1945 – 1951-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirliyinin respublikanın təbii yem sahələrinin pasportlaşdırılmasının keçirilməsi üzrə məsləhətçisi olmuşdur.